"Neftçi"də növbəti ayrılıq

"Neftçi"də növbəti ayrılıq baş tutub.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu qış fasiləsində "Slovan"dan icarəyə götürdüyü çexiyalı yarımmüdafiəçi Zdenek Folprextin transfer hüququna yiyələnə bilməyib. Liberets təmsilçisi "Neftçi"nin təklifini qəbul etməyib.

 

"Slovan" Folprexti ucuz qiymətə əldən buraxmaq niyyətində deyil. "Ağ-qaralar" növbəti təkliflə Çexiya klubunun qapısını döyməyə hazırlaşır.

 

26 yaşlı yarımmüdafiəçi "Neftçi"də 16 oyunda 1 qol vurub.

 

Qeyd edək ki, "Neftçi" Cavid İmamverdiyev, Jairo Rodriges, Maksim Vaylo, Kamal Qurbanov və Murad Ağayevlə də yolları ayırıb.

Tarix: 17 May [15:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Aprel 2018
19  Aprel 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio