"Qalatasaray" Avropa nəhənglərini geridə qoydu

17:58 - 17 May 2017

İspaniyanın “El Mundo Deportivo” nəşri cari mövsümdə Avropada forması ən çox satılan klubları açıqlayıb.

 

Sportal.az xəbər verir ki, ispan həmkarlarımızın hazırladığı siyahının ilk pilləsində İngiltərə nəhəngi “Mançester Yunayted” qərarlaşıb. “Qırmızı şeytanlar”dan sonrakı pillələrdə müvafiq olaraq “Real”, “Barselona” və “Bavariya” yer alıb.

 

Türkiyə təmsilçisi “Qalatasaray” bu siyahıda Avropanın bir çox nəhəng klublarını geridə qoyub. Ötən mövsümü 6-cı pillədə başa vuran “cim-bom”, uğursuz çıxışa rəğmən, 368 min forma sataraq, əzəli rəqibi “Fənərbaxça”yla yanaşı, Avropanın “Mançester Siti”, “Milan”, “İnter” kimi klublarını da üstələyib.

Xəbər xətti