"Mançester Siti" 16 yaşlı türk futbolçunu transfer etdi

18:15 - 17 May 2017

"Mançester Siti" 16 yaşlı futbolçu transfer edib.

 

Sportal.az xəbər verir ki, "şəhərlilər" Türkiyənin "Altınordu" klubunun akademiyasının futbolçusu Berke Özeri rənglərinə bağlayıb. İngiltərə klubu 16 yaşlı qapıçı üçün İzmir təmsilçisinə 2,3 milyon avro ödəyəcək. İstedadlı "əlcək sahibi" 18 yaşı tamam olduqda "Mançester Sİti"nin heyətinə qoşulacaq.

 

Qeyd edək ki, Berke Özer hazırda davam edən 17 yaşlıların Avropa çempionatında Türkiyə millisinin çərçivəsini qoruyur. Gənc istedad futbol mütəxəssisləri tərəfindən "Yeni Donnaruma" adlandırılır.

Xəbər xətti