Sabiq "Turan"lı Makedoniya kubokunu qazandı

Makedoniya kubokunun qalibinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, kubok uğrunda həlledici  qarşılaşmada “Şkendiya” və “Pelister” komandaları üz-üzə gəliblər.

 

Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Buna görə də oyunda əlavə artırılmış dəqiqələrə ehtiyac duyulub. Bu dəqiqələrdə də komandalardan heç biri fərqlənə bilməyib. Oyunun taleyini penaltilər seriyası həll edib ki, 11 metrlik cərimə zərbələrində “Pelister” daha güclü olub. Rəqibini 4:3 hesabı ilə məğlub edən “Pelister” ölkə kubokunun sahibi adını qazanıb.

 

Xatırladaq ki, “Pelister”in baş məşqçisi vaxtıilə Tovuzun “Turan” klubunu çalışdıran türkiyəli Naci Şensoydur.

Tarix: 18 May [00:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2017
19  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio