Ulduz futbolçu karyerasını çempion kimi başa vurdu

"Feyenoord"un hücumçusu Dirk Kuyt futbolçu karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, bu barədə Hollandiya  klubunun rəsmi "Tvitter" səhifəsi məlumat yayıb. 36 yaşlı oyunçu bu həftənin sonuna qədər  məşqlərdə iştirak edəcək. Bundan sonra o, klubun strukturunda vəzifələrdən birində çalışacaq.
 

Qeyd edək ki, Kuyt cari mövsüm "Feyenoord"la Hollandiya çempionu olub. O, karyerası ərzində "Utrext", "Liverpul", "Fənərbaxça" kimi klublarda çıxış edib.

Tarix: 18 May [00:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 May 2017
23  May 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio