"Fənərbaxça" kubokun finalına həsrət qaldı

00:48 - 18 May 2017

Türkiyə kubokunda ikinci finalçının da adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında "Fənərbaxça" doğma meydanda "Başakşəhər"i qəbul edib. Qarşılaşma 2 - 2 hesablı bərabərliklə başa çatıb.

 

İlk oyunda da eyni hesab qeydə alındığından qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq olan "Başakşəhər" (10 - 9) kubokun finalına yüksəlib.

 

Qeyd edək ki, finalda "Başakşəhər"in rəqibi "Kasımpaşa"nı mübarizədən kənarlaşdıran "Konyaspor" olacaq.

Xəbər xətti