"Monako" Fransa çempionu oldu VİDEO

01:21 - 18 May 2017

Fransa I Liqasında 37-ci tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, turun son matçında "Monako" doğma meydanda "Sent Etyen"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2 - 0 hesablı qələbəsiylə başa çatıb.

 

"Monako" bu qələbə sayəsində xallarını 92-yə yüksəldib. Ən yaxın izləyicisi PSJ-ni 6 xal qabaqlayan "knyazlıq" təmsilçisi mövsümün bitməsinə bir tur qalmış çempionluğu təmin edib.

 

"Monako" - "Sent Etyen" 2:0

QOLLAR: Kilian Mbappe, 19, Valere Jermen, 90+3

 

Xəbər xətti