Azarkeşlər PAOK-un baş məşqçisini xəstəxanalıq etdi VİDEO

Yunanıstan Super Liqasında keçirilən "Panatinaikos" - PAOK matçı yarımçıq dayandırılıb.

 

Sportal.az xəbər verir ki, buna oyunda baş verən dava səbəb olub. Çempionlar Liqasına vəsiqə uğrunda keçirilən pley-off matçının 51-ci dəqiqəsində PAOK-un futbolçusu Vardaya qırmızı vərəqə göstərilib. Bundan sonra azarkeşlər və oyunçular arasında dava düşüb. "Panatinaikos" azarkeşlərindən biri PAOK-un baş məşqçisi Vladan İviçin başına butulka tullayıb. Başından xəsarət alan mütəxəssis xəstəxanaya aparılıb.

 

Baş hakim 55-ci dəqiqədə matçı yarımçıq dayandırıb. Həmin ana qədər hər iki komandadan 2 futbolçu qırmızı vərəqə almışdı. Hesabda isə "Panatinaiko" 1:0 öndə idi.

 

Tarix: 18 May [13:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Avqust 2017
19  Avqust 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio