"Zirə"dən ilk transfer

13:29 - 18 May 2017

“Zirə” yeni mövsüm üçün ilk transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi sabiq futbolçusu Nicat Qurbanovla anlaşıb. Yarımmüdafiəçi ilə 1 illik müqaviləyə imza atılıb.


Nicat "Zirə"nin Premyer Liqadakı debüt mövsümündə "qartallar"ın heyətində çıxış edib. Qurbanov son mövsümü “Kəpəz”də keçirmişdi.

Xəbər xətti