Adebayor: "Bir neçə ay əvvəl "Başakşəhər" adlı klubun olduğunu bilmirdim"

Türkiyə kubokunun yarımfinal mərhələsində “Fənərbaxça” üzərində qazanılan qələbədən sonra “Başakşəhər”in hücumçusu Emmanuel Adebayor açıqlama verib.

 

Sportal.az xəbər verir ki, toqolu ulduzun maraqlı etiraf edib:

 

“Dürüst olmaq yaxşı şeydi. Mən bir neçə ay əvvəl “Başakşəhər” adlı klubun varlığı haqda məlumatlı deyildim. Afrika Millətlət Kubokunda olanda mənə təklif etdilər və Türkiyəyə gedərək yenidən Avropada oynaya biləcəyimi düşündüm. Mənə yaxşı təkliflər etdilər və gələcək planlardan söhbət etdik. Super Liqada çempionluq uğrunda yarışırıq. Təbii ki, uğurlarımızda mənim də payım var. Qol vururam, assist edirəm”.

 

Qeyd edək ki, təcrübəli futbolçu qışda İstanbul təmsilçisinə transfer olub. Adebayor "Monako", "Arsenal", "Mançester Siti", "Real", və "Tottenhem" kimi klublarda çıxış edib.

Tarix: 18 May [15:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2017
22  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio