Robert Prosineçki: "İki yoxlama oyunu keçirmək istəyirik"

“Tam heyətlə hazırlaşa bilmirik. Hazırlığın ilk günlərindən razıyam. Ancaq hazırlığın əsas mərhələsi Avstriyada baş tutacaq”.

 

Sportal.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki deyib.

 

IV İslam Həmrəyliyi Oyunlarının futbol turnirinin yarımfinalında keçirilən Əlcəzair – Azərbaycan oyununu canlı izləyən xorvatiyalı mütəxəssis matçın fasiləsində jurnalistlərin suallarını cavablandırıb.

 

Millimizin hazırlıq planı haqda danışan baş məşqçi yoxlama oyunu üçün rəqib seçməkdə çətinliklərin olduğunu bildirib:

 

“İki yoxlama oyunu keçirmək istəyirik. Hər komanda ilə qarşılaşmaq istəmirik. Oynamaq istədiyimiz komandalar da Avstriyada olmayacaq. Bu il oraya az komanda gələcək".

 

R.Prosineçki  millimizin kapitanı Rəşad Sadıqovun zədəsi haqda qısa danışıb: “Deyə bilmərəm. Ümid edirəm ki, o da Avstriyada ümumi kollektivlə məşq edə biləcək”.

 

R.Prosineçki çempionatın tez bitməsinin futbolçuların hazırlıq səviyyəsinə təsir etməyəcəyini qeyd edib: “Legionerlər öz çempionatlarında oynayırlar. "Qəbələ" və "Qarabağ" da mövsümü o qədər də tez bitirmədi. Buna görə də hansısa problem görmürəm”. (Qol.az)

Tarix: 18 May [18:03]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 İyul 2017
26  İyul 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio