Ufuk Budaka yeni müqavilə təklifi

00:05 - 19 May 2017

“Manisaspor” klubu Azərbaycan yığmasının üzvü Ufuk Budakla əməkdaşlığı davam etdirmək niyyətindədi.

 

Sportal.az xəbər verir ki, “ağ-qaralar” qışda “Kayserispor”dan transfer etdikləri müdafiəçiyə yeni sözləşmə təklifi irəli sürüblər.

 

Hazırkı klubunda qısa zamanda azarkeşlərin sevimlisinə çevrilən Ufukun “Manisaspor”la sözləşməsi cari mövsümün sonuna kimi nəzərdə tutulub. 27 yaşlı futbolçunun çıxışından razı olan rəhbərlik onunla yeni müqavilə imzalamaq arzusundadı.

 

Budakla danışıqları birbaşa klubun prezidenti Abdullah Mergen aparır. Ufuk meydana çıxdığı 13 oyunda aktivinə 1 qol yazdırıb.

 

Qeyd edək ki, uzun müddətdi Azərbaycan millisinə dəvət almayan Ufuk Budak bu vaxta qədər yığmamızın heyətində 17 oyunda iştirak edib.

Xəbər xətti