"Neftçi" millinin üzvünü transfer etdi

10:44 - 19 May 2017

"Qəbələ"dən ayrılan millimizin üzvü Məhəmməd Mirzəbəyovun klubsuz günləri çox çəkməyib.

 

Sportal.az xəbər verir ki, cinah müdafiəçisi "Neftçi" ilə anlaşıb. Tərəflər arasında ilkin razılıq əldə olunub. Mirzəbəyov "ağ-qaralar"la 1+1 illik müqavilə imzalayacaq.

 

27 yaşlı cinah müdafiəçisi cari mövsüm Premyer Liqada 21 oyun meydanda olub.

 

Qeyd edək ki, Məhəmməd Mirzəbəyov "Qəbələ"dən öncə ölkəmizdə "Sumqayıt" və "İnter" kimi klublarda çıxış edib (Futbol11.az).

Xəbər xətti