AZAL-lı "Neftçi"də çalışacaq? - açıqlama

Bir müddət əvvəl Mehman Rəsulovun “Neftçi”nin mətbuat xidmətinin rəhbəri postundan uzaqlaşdığını xəbər vermişdik.

 

Sportal.az xəbər verir ki, “ağ-qaralar”da bu posta kimin gələcəyi haqda mətbuatda xəbər yayılıb. Deyilənə görə, artıq Premyer Liqanı tərk etdiyi dəqiqləşən AZAL-ın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov bundan sonra “Neftçi”də çalışacaq.

 

Amma Yusifov özü sosial şəbəkədə “Neftçi”nin mətbuat xidmətinin rəhbəri postuna keçidinin tam dəqiqləşmədiyini yazıb:

 

“Bu məlumat hələ heç bir həqiqəti əks etdirmir. Mən bütün iş yoldaşlarım kimi AZAL PFK-nın (Şüvəlanın) rəhbərliyinin qərarını gözləyirəm. Heç bir yerə də getməmişəm. Gözləyirik...”.

Tarix: 19 May [13:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 İyul 2017
26  İyul 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio