Samir Abasov Zaqreb "Dinamo"sunun düşərgəsində FOTOLAR

14:56 - 19 May 2017

"Sumqayıt"ın baş məşqçisi Samir Abasovla, akademiyanın koordinatorları Baba Əsgərov və Sabir Əliyevin məşhur Zaqreb "Dinamo"suna yollanması barədə məlumat vermişdik.


Sportal.az xəbər verir ki, dünən məşqçilər Xorvatiya klubunun məşqini izləyib. Ardınca baş məşqçi Samir Abasov təcrübə toplamaq məqsədi ilə həmkarı, adıçəkilən klubun çalışdırıcısı İvaylo Petevlə görüşüb və onun iş sistemi ilə yaxından maraqlanıb.

 

Daha sonra məşqçilər "Dinamo"nun akademiyasının rəhbəri İvo Şuşakın qonağı olub. Görüş zamanı mütəxəssislər akademiyanın ümumi sistemi və aşağı yaş komandalarının strukturu ilə tanış olublar.

 

Image may contain: 8 people, people smiling, people standing and indoor

Image may contain: 2 people, people standing, beard and outdoor

Image may contain: 3 people, people standing

Image may contain: 2 people, people standing, grass and outdoor

Image may contain: 1 person, standing and outdoor

Image may contain: 1 person, outdoor

 

Xəbər xətti