Şahin Diniyevin köməkçisinin adı açıqlandı

15:12 - 19 May 2017

“Kəpəz”in məşqçilər korpusunda yeni təyinat olub.

 

Sportal.az xəbər verir ki, Gəncə klubunun U-19 komandasının baş məşqçisi olan Vidadi Rzayev bundan sonra fəaliyyətini əsas komandada davam etdirəcək. O, baş məşqçinin köməkçisi olacaq. A kateqoriyasına malik Rzayev ilə bir il müddətinə müqavilə bağlanacaq.


Vaxtilə futbolçu, karyerasını başa vurduqdan sonra isə məşqçi kimi doğma klubunda çalışan mütəxəssis ayrı-ayrı illərdə “Kəpəz”in məşqçisi və baş məşqçisi işləyib.

Xəbər xətti