Lilanın Azərbaycan klubuna keçidi baş tutmaya bilər

16:00 - 19 May 2017

Albaniya millisinin üzvü Andi Lilanın Azərbaycan klubuna keçidi baş tutmaya bilər. 

 

Sportal.az xəbər verir ki, yayda Yunanıstanın "Pas Giannina" klubu ilə müqaviləsi başa çatacaq futbolçu ölkəsindən də təklif alıb. Onun xidmətində "Kukesi" klubunun maraqlı olduğu bildirilir. Yerli mətbuatın iddiasına görə, 31 yaşlı futbolçu Albaniyanı avrokuboklarda təmsil edəcək kluba keçməyin əleyhinə deyil.

 

Lilaya Azərbaycanla yanaşı, Yunanıstan klubların da təklif var.

 

Qeyd edək ki, Albaniya millisinin üzvünün bir müddət öncə Premyer Liqamızda mübarizə aparan klubların biri ilə 3 illik müqavilə imzaladığı iddia edilirdi.

Xəbər xətti