"Zidan zəng etmişdi" deyəndə dostlarım inanmadılar"

16:16 - 19 May 2017

Fransa millisinin üzvü Rafael Varan hazırda çıxış etdiyi "Real" klubundan təklif aldığı günü xatırlayıb. 

 

Sportal.az xəbər verir ki, gənc futbolçu "Lens"da çıxış edən zaman həmin vaxt "Real"ın idman direktoru vəzifəsində çalışan Zinəddin Zidanın zənginə inanılmaz cavab verdiyini açıqlayıb:

 

"Kimin zəng etdiyini bilmirdim. Zəng edən şəxs Zinəddin Zidan olduğunu dedi. Dediklərini dinləyəndən sonra əmin oldum ki, həqiqətən də zəng edən əfsanəvi Zidandır. Mənə deyəcəklərini dedi və bu məsələni sonra danışmaq lazım olduğunu bildirdim. Ali məktəbə hazırlaşdığım üçün dəstəyi asmağa məcbur idim. Sonra bu məsələ haqda dostlarıma danışdım. "Zidan zəng etmişdi, "Real"a dəvət etdi" - deyəndə dostlarım inanmadılar. Mənim ona rədd cavabı verdiyimi eşitdikdən sonra uzun müddət mənimlə danışmadılar". 

 

Qeyd edək ki, Varan "Real"a 2011-ci ildə "Lens"dən transfer olunub. 

Xəbər xətti