"Mançester Yunayted" ən yaxşıları mükafatlandırdı

"Mançester Yunayted”  bu mövsüm üçün ən yaxşı futbolçularının mükafatlandırma mərasimini keçirib.

 

Sportal.az xəbər verir ki, cari mövsüm “MY”də ən yaxşı qolun müəllifi Henrix Mxitaryan, ən yaxşı oyunçular isə Antonio Valensiya (futbolçular arasındakı sorğuda) və Ander Errera (azarkeşlərin rəyinə əsasən) olublar.

 

Mərasimdə "qırmızı şeytanlar"ın demək olar bütün futbolçuları iştirak edib. Zlatan İbrahimoviç isə tədbirə qatılmayıb.

 

Qeyd edək ki, bu həftə ayağından əməliyyat olunan isveçli oyunçu ABŞ-dan birbaşa vətəninə qayıdıb.

Tarix: 19 May [16:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 May 2017
23  May 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio