Millimizin üzvü "Ayntraxt"la 3 illik müqavilə imzaladı

16:55 - 19 May 2017

Milli komandamızın üzvü Renat Dadaşov Almaniyanın "Ayntraxt" klubu ilə yeni müqavilə imzalayaıb.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı Frankfurt təmsilçisinin rəsmi saytı yayıb. Yanvar ayında "Leypsiz"dən transfer edilən gənc forvardla müqavilənin müddəti 2020-ci ilin iyununa qədər uzadılıb.

 

Dadaşov bundan sonra "Ayntraxt"ın əsas komandasına cəlb olunacaq.

 

Klubun futbol direktoru Fredi Bobik həmyerlimizə böyük ümidlər bəslədiyini bildirib: “Biz hesab edirik ki, onun böyük potensialı var. Dadaşovun bütün müsbət cəhətlərini inkişaf etdirmək istəyirik”.
 

Futbolçu özü də peşəkar müqavilə ilə bağlı təəssüratlarını bölüşüb: “Çox sevinirəm ki, “Ayntraxt”da peşəkar karyeraya başlayıram. Bunun üçün klub rəhbərliyinə, ailəmə, dostlarıma və yaxınlarıma təşəkkür edirəm. Çünki onlar mənə hər zaman dəstək verirlər”.

Xəbər xətti