Kaka: "Neymarın oyununu izləməyi sevirəm"

18:50 - 19 May 2017

Amerika Birləşmiş Ştatlarının "Orlando Siti" komandasında çıxış edən Kaka həmvətəni Neymarla bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Braziliya millisinin sabiq futbolçusu "Baerselona"nın hücumçusu haqda danışıb. O, Neymarın oyun tərzini öz oyununa bənzətdiyini deyib:

 

"Neymarın oyununu izləməyi sevirəm. Hər şeyi çox asanmış kimi göstərir. Oyun tərzi olaraq özümə ən yaxın futbolçu olaraq Neymarı göstərə bilərəm".

 

Braziliya millisindəki karyerasını hələ rəsmi olaraq bitirmədiyini qeyd edək təcrübəli yarımmüdafiəçi yığmaya kömək etməyə hər zaman hazır olduğunu söyləyib:

 

"Baş məşqçi postuna Titi gəldikdən sonra yaxşı oyun göstəririk və artıq dünya çempionatına vəsiqə qazanmışıq. Turnirin favoritlərindən olduğumuzu düşünürəm. Şəxsi olaraq milli ilə bağlı gözləntim yoxdu. Hazırda diqqətimi klubumun oyunlarına yönəltmişəm. Əgər baş məşqçi mənim milliyə faydalı olacağımı düşünərsə, hər zaman kömək etməyə hazıram".

Xəbər xətti