Ramil Şeydayevli "Jilina" darmadağınla qalib gəldi

00:30 - 20 May 2017

Slovakiya çempionatında XXXII turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin formasını geyindiyi “Jilina” da növbəti matçına çıxıb.

 

Sona 5 tur qalmış çempionluğunu təmin edən komanda səfərdə “Moravçe”nin qonağı olub. Qarşılaşma “Jilina”nın 4 - 1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin üzvü oyuna start heyətində başlayıb və 61-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, hazırda “Jilina”nın aktivinda 70 xal var.

Xəbər xətti