Emin Mahmudov "Benfika"ya qarşı

12:47 - 20 May 2017

Portuqaliya Premyer Liqasında mövsümün sonuncu - 34-cü turun oyunları baş tutacaq.
 
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Emin Mahmudovun çıxış etdiyi "Boavişta" doğma meydanda çempionluğu təmin edən "Benfika"nı qəbul edəcək. Mahmudovun mövsümün son matçında iştirak edəcəyi gözlənilir.

Qarşılaşma Bakı vaxtilə saat 22:30-da start götürəcək.

Qeyd edək ki, 33 oyundan sonra “Boavişta” 42 xalla 9-cu, onun rəqibi “Benfika” isə 81 xalla 1-ci yeri tutur.

Xəbər xətti