"Qarabağ"da ayrılıq

13:43 - 20 May 2017

“Qarabağ”dan ayrılan növbəti futbolçunun adı məlum olub.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu İlqar Qurbanovla yollar ayırıb.

 

İlqar Qurbanov 2011-ci ildən etibarən “Qarabağ”ın şərəfini qoruyur və müdafiəçi 144 dəfə klubun heyətində meydana çıxıb. Qurbanov bu matçlarda 6 qola imza atıb.

 

"Qarabağ" Boyan Şaranov, Vüqar Nadirov və Halit Oğuzhanla da yolları ayırıb.

Xəbər xətti