Arsen Venger sabiq "Qəbələ"linin ittihamlarına cavab verdi

14:02 - 20 May 2017

“Qəbələ”nin sabiq baş məşqçisi, hazırda "Qranada"nın "sükanı arxası"nda olan Toni Adams avtobioqrafik kitabında uzun illərdir ki, “Arsenal”ı çalışdıran Arsen Vengeri kəskin şəkildə tənqid edib.

 

Sportal.az xəbər verir ki, Adams kitabında Vengeri güclü məşqçi hesab etmədiyini yazıb. Toni Vengerin ona “Arsenal”ın məşqçilər korpusunda işləməyə imkan vermədiyini də qeyd edib. Arsen Venger Toni Adamsın bu ittihamlarına cavabı belə olub:

 

“Adamsın fikirlərini əhəmiyyətli hesab etmirəm. O, hazırda “Qranada”da nəyə qadir olduğunu göstərmək üçün şans əldə edib. Özünü harda göstərməyin heç bir əhəmiyyəti yoxdu. Mən hər kəsə hörmətlə yanaşıram. Başqaları haqda danışmaq mənə maraqlı deyil. Onun sözlərinə görə təəssüflənirəm. Amma futbolda bəzən sərt qərarlar qəbul etmək məcburiyyətində qalırsan. Klubda futbolçu kimi uğurlu karyera qurmaq o demək deyil ki, bu, sizə həmin komandada məşqçi kimi işləmək haqqı vermir”.

 

Adams 2017-ci ilin aprelindən “Qranada”da çalışır. Onun rəhbərliyi altında “Qranada” La Liqa ilə vidalaşıb.

Xəbər xətti