Türkiyə Super Liqasını tərk edən ikinci komanda müəyyənləşdi

16:50 - 20 May 2017

Türkiyə Super Liqasında 32-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, bu gün baş tutan qarşılaşmadan sonra çempionatı tərk edən ikinci komanda da məlum olub. Belə ki, səfərdə "Rizəspor"a 0 - 2 hesabıyla uduzan "Qaziantepspor" Super Liqa ilə vidalaşıb.

 

Qaziantep təmsilçisi 27 il sonra aşağı liqaya yuvarlanıb.

 

Qeyd edək ki, ötən tur "Adanaspor"un da Super Liqanı tərk etməsi rəsmiləşmişdi.

Xəbər xətti