Aqolli daha bir il "Qarabağ"da

17:57 - 20 May 2017

“Qarabağ" növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Klub rəhbərliyi Qara Qarayev və Əfran İsmayılovun ardından daha bir futbolçu ilə müqavilə yeniləyib. Belə ki, Albaniya millisinin kapitanı Ansi Aqolli daha bir il “Qarabağ”ın uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, müdafiəçi 2010-cu ildə Ağdam təmsilçisinə transfer olmuşdu.

Xəbər xətti