Eddi İsrafilov üçün 15 dəqiqə

00:50 - 21 May 2017

İspaniya Sequndasında 39-cu turun oyunları keçirilir.

 
Sportal.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kadis” doğma meydanda "Kordoba"nı qəbul edib. Matç 1:1 hesablı bərabərliklə nəticələnib.
 
İsrafilov oyunu ehtiyat oyunçular skamyasında başlayıb. O, 75-ci dəqiqədə meydana daxil olub.
 
Qeyd edək ki, 39 oyundan sonra hesabında 60 xal olan “Kadis” 22 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti