Sabiq "Qarabağ"lı Türkiyədə bombardirlər siyahısında

16:09 - 21 May 2017

Türkiyə I Liqasında 2016/17 mövsümünə yekun vurulub. “Qarabağ”ın sabiq futbolçusu Raydell Puponun çıxış etdiyi "Boluspor" klubu son turda "Manisapor"u 4:0 hesabı ilə darmadağın edib. Pupon bu oyunda bütün qolların müəllifi olaraq, pokerə imza atıb. Hollandiyalı hücumçu I Liqada 20 qol vurmaqla mövsümü bombardirlər sırasında başa vurub.
 
Sportal.az xəbər verir ki, Pupon yalnız “Adana Dəmirspor”un hücumçusu Mikael Pote (24 qol) və "Göztəpə"nin forvardı Adis Yahoviçdən (21 qol) geri qalıb.

 

"Boluspor" Super Liqaya vəsiqə uğrunda "Göztəpə" ilə pley-off matçı keçirəcək.

 

29 yaşlı forvardın “Boluspor”la müqaviləsi 2018-ci ildə bitəcək.
 
Pupon 2015/16 mövsümünün ilk yarısını “Qarabağ”da keçirib və 15 oyuna 1 qol vurub.

Xəbər xətti