"Monako" Mbappe və Falkao ilə müqaviləni uzadacaq

17:51 - 21 May 2017

Cari mövsüm Fransa çempionu olan "Monako" hücumçuları Radamel Falkao və Kilian Mbappe ilə müqavilənin müddətini uzatmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, Knyazlıq klubu yaxın günlərdə hər iki oyunçuya yeni müqavilə təklif edəcək.

 

Qeyd edək ki, Falkao cari mövsüm 28, Mbappe isə 26 qol vurub.

Xəbər xətti