"Yuventus" ardıcıl 6-cı dəfə İtaliya çempionu oldu VİDEO

19:26 - 21 May 2017

İtaliya A Seriyasında çempion müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 37-ci turda “Krotone”ni 3:0 hesabı ilə məğlubiyyətə uğradan "Yuventus" sona 1 tur qalmış A seriyasının qalibi olub.

 

Beləliklə, son tur ərəfəsində “Yuventus”la onun ən yaxın izləyicisi “Roma” arasında 4 xallıq fərq dəyişməyib.

 

Qeyd edək ki, bu uğur sayəsində “Yuventus” ardıcıl altıncı,ümumilikdə 33-cü dəfə İtaliya çempionu olub və yeni rekord müəyyənləşdirib. Buna qədər heç bir komanda 5 dəfədən artıq İtaliya çempionu olmamışdı.

 

“Yuventus” – “Krotone” - 3:0
Qollar:
Mancukiç, 13, Dibala, 39, Aleks Sandro, 89

 

Xəbər xətti