Nazarovlu "Aue" çempionatdakı yerini qorudu

19:39 - 21 May 2017

Almaniya 2-ci Bundesliqasında mövsümün sonuncu - 34-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi "Aue" səfərdə "Fotuna"nın qonağı olub.

 

Hər iki komanda II Bundesliqada qalmaq uğrunda mübarizə apardığı üçün matç gərgin keçib. Oyunda Düsseldorf təmsilçisi qalib gəlib - 1:0. "Aue" məğlub olsa da II Bundesliqada qalıb.

 

Nazarovun matça start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib. O, 22-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

 

Qeyd edək ki, Bundesliqaya "Ştuttqart" və "Hannover" vəsiqə qazanıb. "Braunşveyq" isə Bundesliqaya vəsiqə uğrunda "Volfsburq"la "play-out" oynayacaq. "Vurzburqer" və "Karlsrue" III Bundesliqaya düşüblər. "Münhen 1860" II Bundesliqada yerini qorumaq üçün "Reqensburq"la "play-out" oynayacaq.

Xəbər xətti