"Mançester Yunayted" "Ayaks"a qarşı

10:04 - 24 May 2017

Bu gün Avropa Liqasının final oyunu keçiriləcək.

 

Sportal.az xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirinin finalı Stokholm şəhərində baş tutacaq. Həlledici qarşılaşmada “Ayaks” və “Mançester Yunayted” klubları üz-üzə gələcək.

 

Amsterdam klubu 21 ildən sonra avrokuboklarda final həyəcanı yaşayacaq.  

 

Daha əvvəl UEFA kuboku, hazırda isə Avroliqa adlanan yarışda “Ayaks” yalnız 1992-ci ildə final oynayıb və həmin vaxt səfər qolu sayəsində (2:2 və 0:0) “Torino”nu üstələməklə kuboku qazanıb. 

 

“Mançester Yunayted” isə sonuncu dəfə ÇL-də 6 il əvvəl final oynayıb və uduzub. “Qırmızı şeytanlar” bu gün tarixi ərzində ilk dəfə Avroliqada final həyəcanı yaşayacaq. 

 

Avropa Liqası
Final
24 may

 

22:45. “Ayaks” (Hollandiya) – “Mançester Yunayted” (İngiltərə)
Baş hakim:
Damir Skomina
Stokholm. “Frends Park” stadionu

Xəbər xətti