Millimizin futbolçusu Samuel Eto ilə eyni komandada?

10:54 - 24 May 2017

Türkiyənin "Bursaspor" klubun əsas komandasından uzaqlaşdırılan millimizin üzvü Dəniz Yılmaz daha bir təklif alıb.
 
Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçunun xidmətində Super Liqada mübarizə aparan "Antalyaspor" klubu maraqlıdır.

 

Yılmazın xidmətrində mövsümün əvvəlində "Osmanlıspor" klubu da maraqlıdır. Mövsmün əvvəlində "Bursaspor"un "sükanı arxası"nda olan, hazırda isə "Osmanlıspor"da çalışan Hamza Hamzaoğlu forvardı yenidən rəhbərliyi altında görmək istəyir.

 

Dənizin gələn mövsümdən Samuel Eto kimi ulduz futbolçuya sahib olan "Antalyaspor" və ya "Osmanlıspor"un formasını geyinəcəyi gözlənilir. 29 yaşlı hücumçu təklifləri nəzərdən keçirir.
 
Qeyd edək ki, Dəniz Yılmazın "Bursaspor"la müqaviləsi gələn mövsümün sonunda başa çatacaq. Hücumçu cari mövsüm ərzində 19 matçda forma geyinib və 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

Xəbər xətti