"Qəbələ" "Trabzonspor"un futbolçusunu heyətinə qatır?

12:56 - 24 May 2017

“Trabzonspor”un futbolçusu Luis İbanyes karyerasını ölkəmizdə davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Bordo-mavililər”in çalışdırıcısı Ərsun Yanalın heyətdə düşünmədiyi sol cinah müdafiçisi ilə “Qəbələ” maraqlanır. 

 

Məlumata görə, Trabzon təmsilçisi 28 yaşlı müdafiəçini “qırmızı-qaralar”a  1 illik icarəyə verəcək. Bu keçid isə “Qəbələ”yə pulsuz başa gələcək. Əgər argentinalı futbolçu da razılaşsa, “Qəbələ”də çıxış edəcək.

 

Qeyd edək ki, İbanyes “Boka Xuniors”, “Dinamo” (Zaqreb) və “Srvena Zvezda” kimi klublarda çıxış edib.

Xəbər xətti