Dmitri Nazarov komandasını dəyişir? - AÇIQLAMA

13:53 - 24 May 2017

Azərbaycan millisinin üzvü Dmitri Nazarov çıxış etdiyi "Aue" klubundan ayrıla bilər.

 

Sportal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, "Aue"nin II Bundesliqada qalmasında böyük pay sahibi olan Paskal Köpke, Mario Kveşiç və Dmitri Nazarova sərfəli təkliflər var.

 

"Aue"nin prezidenti Helge Leonhardt isə bu məlumatları təkzib edib Onun sözlərinə görə, komandanın əsas üzvlərinə heç bir klubdan təklif almayıblar. Leonhardt hər üç futbolçunun müqaviləsinin davam etdiyini bildirib və onları transfer etmək istəyən komandanın təzminat ödəməli olacağını vurğulayıb.

 

Image result for dimitrij nazarov

 

Qeyd edək ki, Nazarov mövsümün əvvəlində "Karlsrue"dən "Aue"yə keçib.

Xəbər xətti