Kvekveskiri "Qəbələ"dən ayrıldı - yeni klubu məlumdu

15:00 - 24 May 2017

“Qəbələ”nin futbolçusu Nika Kvekveskiri karyerasını Qazaxıstanda davam etdirəcək.

Sportal.az-ın məlumatına görə, gürcüstanlı futbolçu Qazaxıstanın “Tobol” klubu ilə razılığa gəlib. “Tobol”a komandanın baş məşqçisi Omari Tetradze dəvəti ilə gedən Nika bu gün rəsmi müqavilə imzalayacaq. Kvekveskiri "Qəbələ"dən də yeni müqavilə təklifi alıb. Lakin "qırmızı-qaralar"ın illik 170 min dollarlıq müqavilə təklifi gürcü futbolçunu razı salmayıb. Nika Qazaxıstan klubunda illik 250 min dollar maaşa oynayacaq.

Qeyd edək ki, Kvekeskiri "Qəbələ"yə ötən mövsüm Bakı "İnter"indən keçmişdi. 25 yaşlı futbolçu cari mövsüm ümumilikdə 26 oyun keçirib və 1 qol vurub.

Xəbər xətti