Luçeskunun yerinə sabiq “Xəzər Lənkəran”lı?

15:42 - 24 May 2017

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Oğuz Çətin karyerasını Yunanıstanda davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, ölkənin yüksək liqasında mübarizə aparan “Ksanti” klubu mütəxəssisin xidmətində maraqldır.

 

Son olaraq “Qaziantep BB”ni çalışdıran mütəxəssis 2012/13 mövsümündə Azərbaycanda fəaliyyət göstərib. Bu, "Xəzər Lənkəran"a baş məşqçi Mustafa Dənizlinin köməkçisi gəldiyi vaxt olub. Bu mütəxəssisin gedişindən sonra isə Çətin bir müddət özü baş məşqçi olub. 

 

Qeyd edək ki, “Ksanti”nin son baş məşqçisi məşhur rumıniyalı məşqçi Mirça Luçeskunun oğlu Razvan Luçesku olub.

Xəbər xətti