Aleksis Sançes "Bavariya"da?

16:20 - 24 May 2017

Çili Futbol Federasiyasının rəsmi saytında kobud səhvə yol verilib. 

 

Sportal.az xəbər verir ki, qurumun rəsmi saytında millinin qarşıdakı oyunlar üçün heyəti açıqlanıb. Həmin siyahıda Aleksis Sançez "Arsenal"ın yox, Almaniyanın "Bavariya" klubunun futbolçusu kimi göstərilib. İddialara görə, Aleksis Sançesin "Bavariya"ya transferi ilə federasiyaya qeyri-rəsmi məlumat daxil olub. Bu səhvin də həmin məlumatdan qaynaqlandığı iddialar arasındadır.

 

Qeyd edək ki, Aleksis Sançesin "Bavariya"ya keçəcəyi ilə bağlı xəbərlər uzun müddətdi dolaşır. Yarımmüdafiəçinin yaxın günlərdə münhenlilərə müqavilə imzalayacağı gözlənilir.

Xəbər xətti