Emin Mahmudovun "Boavişta"dakı taleyinə aydınlıq gəldi

17:45 - 24 May 2017

Milli komandamızın üzvü Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta”nın 2017/2018 mövsümü üçün hazırlıq planı açıqlanıb.

 

Sportal.az, Portuqaliya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda iyunun 29-da bir araya gələcək. Baş məşqçi Migel Leal toplanışa ilkin olaraq 15 futbolçu dəvət edib. Emin Mahmudovun da adı siyahıda var. Bu isə o deəmkidi ki, Mahmudov Porto təmsilçisinin növbəti mövsüm üçün heyətində düşünülür.

 

"Boavişta"nın futbolçuları iyulun 2-də tibbi müayinədən keçdikdən sonra təlim-məşq toplanışına start veriləcək.

Xəbər xətti