19 yaşlı futbolçu 37 illik futboldan uzaqlaşdırıldı ŞOK CƏZA

18:52 - 24 May 2017

İsveçrə futbolunda maraqlı hadisə baş verib.

 

Sportal.az xəbər verir ki, 19 yaşlı futbolçu barəsində sərt cəza tətbiq edilib. Buna səbəb onun hakimləri və rəqib futbolçuları qorxutması olub.

 

Belə ki, III liqa çərçivəsində baş tutan “Sent-Sulpis” – “Bursins Roll Perro” matçının gedişində rəqibi kobudluqla dayandıran birincilərin oyunçusu qırmızı vərəqə ilə cəzalandırılıb. Adı açıqlanmayan 19 yaşlı oyunçu kənara gedərək, əlində oyuncaq silahla meydana daxil olub və hakimin üstünə hücum çəkib. 

 

Hadisəni araşdıran federasiya futbolçunun lisenziyasını əlindən alıb və onu 37 il müddətinə futboldan uzaqlaşdırıb. O, ən yaxşı halda 56 yaşında yenidən yaşıl meydanlara qayıda bilər.

Xəbər xətti