Balotelli: "Messi və Ronaldonu öldürməliyəm"

Fransanın "Nitsa" klubunun futbolçusu Mario Balotelli maraqlı açıqlaması ilə yadda qalıb.

 

Sportal.az xəbər verir ki, hər zaman verdiyi açıqlamalarla diqqət mərkəzinə gələn italyan forvard "Qızıl top" mükafatı ilə bağlı danışıb. 25 yaşlı hücumçu "Qızıl top"u almağa nə qədər yaxınsan?" sualına "Bir şansımın ola bilməsi üçün Messi və Ronaldonu öldürməliyəm. Onlar 9 ildi bu mükafata embarqo qoyublar. Bu müddətdə həmişə ilk iki pillənin sahibi olublar" şəklində cavab verib.

 

Balotelli karyerası haqda da danışıb: "Karyeram ərzində etdiklərimə baxıram. Amma bu kifayət deyil. İki həftəlik istirahətə çıxacam. Amma bu əsl istirahət olacaq. Çempionlar Liqası finalını belə izləməyəcəm".

 

Ulduz futbolçu gələcəyi haqda da fikirlərini bildirib: "İndi yox, amma bir gün mütləq "Palermo"da oynayacam. Hətta karyeramı doğulduğum şəhərdə bitirmək istəyirəm. Amma gələcəkdə. İndi çox gəncəm".

Tarix: 26 May [16:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2017
11  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio