Argentina millisinin baş məşqçisi müəyyənləşdi

00:04 - 27 May 2017

Argentina milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "tanqoçular"a bundan sonra "Sevilya"nın çalışdırıcısı Xorxe Sampaoli rəhbərlik edəcək. İspaniya klubunun rəsmi saytı vasitəsi ilə yaydığı məlumatda 57 yaşlı mütəxəssisin "Sevilya"dan ayrılacağı və iyunun 1-dən Argentina millisində işləyəcəyi bildirilib.

 

Qeyd edək ki, argentinalı çalışdırıcı bu vəzifədə istefaya göndərilən Edqardo Bauzanı əvəzləyəcək.

Xəbər xətti