Heydər Əliyev Kuboku: İlk matçlar keçirildi Video icmallar

00:55 - 27 May 2017

Futbol üzrə Heydər Əliyev Kubokuna start verilib.

 

Sportal.az xəbər verir ki, Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən ilk oyunda yerli “Araz Naxçıvan”la “Mil-Muğan” (İmişli) üz-üzə gəlib. İlk oyun “Mil-Muğan” klubunun 4-2 hesablı qələbəsi ilə başa çatdı.

 

Günün ikinci görüşündə “Zaqatala” və MOİK  (Bakı) klubları görüşdülər. MOİK yekunda 1-0 hesablı qələbəni bayram etdi. 

 

“Araz Naxçıvan” 2-4 “Mil-Muğan”
Qollar:
Nurlan Novruzov, 58 (p.); İlqar Ələkbərov, 72 // Ruslan Poladov, 14; Nicat Əsgərov, 15 (ö.q); Tofiq Mikayılov, 50(p.); Bayram Əliyev, 56)

 

 

“Zaqatala” 0-1 MOİK
Qol:
Rəhman Musayev, 16

 

Xəbər xətti