"Porno ulduz olmaq istəməsi bu transferə əngəldi"

01:11 - 27 May 2017

İngiltərə Çempionşipində çıxış edən “Birmingem”in yeni baş məşqçisi Harri Rednapp maraqlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, "Tottenhem"də çalışdığı vaxtlar onun rəhbərliyi altında çıxış edən Benua-Assu Ekottonu transfer etmək istədiklərini, lakin futbolçunun ağlının başqa yerdə olduğunu dilə gətirib:

 

“Ekotto ilə maraqlanırıq. Bizə faydası dəyə bilər. Amma bu transferdə bir əngəl var. Ekotto etiraf etdi ki, porno ulduz olmaq niyyətindədir. İstəyirəm ki, onu razı salım və daha bir mövsüm futbol oynasın. Belə olsa, gələn mövsüm bizimlə birgə olacaq”.

 

Xatırladaq ki, 33 yaşlı futbolçu karyerası ərzində “Tottenhem”, “Lans”, “Sent-Etyen” kimi klublarda oynayıb. Təcrübəli müdafiəçi hazırda azad agentddir.

Xəbər xətti