Ramil Şeydayev üçün növbəti şans

11:51 - 27 May 2017

Slovakiya çempionatında 30-cu turun oyunları keçiriləcək.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Jilina" da növbəti matçına çıxacaq. Çempionluğu bir neçə tur öncə təmin etmiş komanda doğma meydanda "Podbrezova"nı qəbul edəcək. Şeydayevin start heyətdə meydana çıxacağı gözlənilir.

 

Qeyd edək ki, "Jilina" - "Podbrezova" qarşılaşması Bakı vaxtilə saat 19:30-da start götürəcək. 

Xəbər xətti