Vüqar Latviyada növbəti qolunu vurdu

18:52 - 27 May 2017

Latviya birinci liqasında 7-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası - "Olayne" səfərdə "Dauqavpils"lə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Start heyətdə meydana çıxan Vüqar 90+1-ci dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da 71-ci dəqiqədə məhz həmyerlimiz vurub. Bu, onun cari mövsümdə vurduğu 4-cü qoldu.

 

Qeyd edək ki, "Olayne" 7 turdan sonra 13 xalla 14 komanda arasında 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti