"Qarabağ" üçün tarixi şans

00:23 - 28 May 2017

Ağdamın "Qarabağ" klubu ölkəmizin Çempionlar Liqasının qrup mərhələsində ilk təmsilçisi olmaq üçün böyük şans qazanıb.

 

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun komandası qitənin ən nüfuzlu klub turnirində III təsnifat mərhələsinə vəsiqə qazanmağı bacarsa, səpələnmişlər sırasında yer alacaq. Bu isə münasib rəqiblə düşəcəyimiz deməkdi.

 

Çexiyada reytinqi 8,135 xal olan “Slaviya” ən yaxın izləyicisi “Viktoriya”nı qabaqlayaraq “Qarabağ” üçün yol açıb. Belə ki, reytinqi ağdamlılardan çox yüksək – 40,635 olan “Viktoriya”nın yarışdan kənarda qalması çempionumuzun işinə yarayıb. "Atlılar"ın indiyədək bu mərhələdə səpələnməmişlər sırasında yer alması onu güclü rəqiblə üz-üzə qoyurdu. Hesabında 18,050 bal olan "Qarabağ"ın yüksək reytinqi ona bu yay nisbətən zəif rəqiblə düşməyə və nəticədə ilk dəfə pley-offa çıxmağa imkan verəcək. 

 

Bu vaxta qədər Azərbaycanın heç bir klubu Çempionlar Liqasının III təsnifat mərhələsində səpələnmişlər səbətində olmayıb. “Qarabağ” səpələnmişlərdən olaraq, bununla ilkə imza atıb.

Xəbər xətti