"Kadiz" Eddi İsrafilova ehtiyac duymur

01:07 - 28 May 2017

İspaniya Sequndasında 40-cı turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Eddi İsrafilovun komandası “Kadiz” “Sevilya Atletiko”nun qonağı olub. 6 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib - 3:3.
 
Eddinin adı bu oyunda iştirak ərizəsinə daxil edilməyib.
 
Qeyd edək ki, 40 oyundan sonra 61 xal toplayan “Kadiz” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbər xətti