"Barselona" İspaniya kubokuna sahib çıxdı VİDEO

01:44 - 28 May 2017

İspaniya Kral kubokunda qalib bəlli olub.

 

Sportal.az xəbər verir ki, həlledici oyunda “Barselona” və “Alaves” komandaları qarşılaşıb. Matç “Barselona”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Messi, Neymar və Alkaser komandaya kuboku gətirən qollara imza atıblar.

 

Qeyd edək ki, ardıcıl 3-cü dəfə kuboku qazanan “Barselona” ümumilikdə 29 dəfə qalib olub və bu sahədə liderliyi ələ keçirib. 

 

"Barselona" 3 - 1 "Alaves"

Qollar: Messi, 30, Neymar, 45, Alkaser, 45 - Hernandes, 33

 

Xəbər xətti